92930

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayon icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli və “McDonalds Azərbaycan”ın sədri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin düşdüyü qəza ilə bağlı hökm oxunub.

“Qafqazinfo”nun  verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda 17 yaşlı İlham Əsgərli 5 il 6 ay, yük avtomobilinin sürücüsü Əhliman Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

İlham Əsgərli və Əhliman Süleymanov məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, ötən ilin sentyabrın 27-də Zığ yolunda baş verən qəzada İlham Əsgərlinin idarə etdiyi maşınla Əhliman Süleymanovun idarə etdiyi yük avtomobilini vurub. İ.Əsgərlinin idarə etdiyi maşında olan dostu Sənan Mirzəyev vəfat edib.