images_dekabr_ypx

Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar paytaxtın bəzi yol və prospektləri bağlı olacaq.

İyunun birindən 30-na qədər 5 küçə bütünlüklə avtomobillərin hərəkəti üçün bağlı olacaq.

Bağlanacaq küçələr artıq müəyyən edilib.

Mehdi Hüseyn küçəsi.

Teymur Elçin küçəsi.

Lermantov küçəsi.

Xanlar küçəsi.

Qurban Abbasov küçəsi.

Lermantov küçəsinin giriş və çıxışında yol polis patrulları növbə çəkəcəklər. Mehdi Hüseyn küçəsində isə yol poisi ilə bərabər Bakı Avropa Oyunları Təşkilatının nümayəndəsi növbə çəkəcəklər.

Qeyd edək ki, iyunun 12-də oyunlara açılışla əlaqədar mərkəzi küçələrdən bəziləri bağlanacaq. Həmin gün Mehdi Hüseyn küçəsi, Şeyx Şamil küçəsi, Bünyad Sərdarv küçəsi, Həsən Seyidbəyli küçəsi, Heydər Əliyev prospekti, Ziya Bünyadov prospekti (Olimpiya Stadionu ərazisinə yaxın olan sahə) vətəndaşların girişi üçün məhdudlaşdırılacaq.