ABŞ-ın Ankaradakı səfiri Ankara bələdiyyə sədrinin tvitinə maraqlı reaksiya verib.
Medianews.az-ın məlumatına görə, Ankara bələdiyyə sədri Məlih Gökçək tvitter sosial şəbəkəsində Baltimor hadisələrinin şəklini paylaşaraq Mariya Harfa xitabən “İndi bunun cavabını ver, sarışın” yazıb. Mariya Harf isə Gökçəyə “Onu şərəfləndirmək istəmirəm” deyərək cavab verməyib.
Bundan sonra açıqlama verən Gökçək deyib: “Mənim həyat yoldaşımın da saçı sarıdır. Mariya Harf “sarışın qadın” olaraq tanınır. Əlbəttə ki, “sarışın” zarafatyana müraciət idi. Mən diqqətlə baxmamışdım. Saçını da yaxşı boyamayıblar. Türkiyədə daha yaxşı gözəllik salonları var. Mən ona məsləhətlisini təklif edə bilərəm”.
ABŞ-ın Ankaradakı səfiri Con Bass isə M. Gökçəyə “sarı saçlı” şəklini paylaşaraq cavab verib. Səfir şəkili paylaşarkən “Hamımız sarışınıq” yazıb.