MHP lideri Türkiyədə parlament seçkilərinə təxminən 40 gün qalmasına baxmayaraq meydana çıxmır.
Medianews.az-ın məlumatına görə, partiya mitinq, reklam hazırlığında da deyil. Hələ ki, bəyannaməsini açıqlamayan partiya lideri jurnalistlərin sualına cavab verib və təbliğata gec başlama səbəbini açıqlayıb. MHP lideri Dövlət Baxçalı bildirib ki, seçki yaxınlaşanda təbliğata start veriləcək. Məqsəd isə qərarsız seçicilərin yadında qalmaqdı.
Baxçalı deyib: “Bu siyasi taktikadır. Biz bəyannaməni açıqlamaq üçün bəzi qərarlar verdik. Təbliğat üçün “son dəqiqə” strategiyasını seçdik”. Baxçalı qeyd edib ki, bəyannamə açıqlandıqdan sonra seçicilərlə görüşlər keçiriləcək və təbliğat kampaniyası başladılacaq.