Hindistanda ana filin fədakarlığı göz yaşardıb.
ANS PRESS-in məlumatına görə, ana fil balasını düşdüyü çuxurdan çıxarmaq üçün heç kimə fikir vermədən 11 saat çalışıb.
Ana fədakarlığını göstərən video internetdə yayılıb. Əgər xilasedicilər gəlməsəydi hadisənin sonunun necə qurtaracağı bəlli deyildi.
Kadrlardan da aydın görünür ki, fil balasını çıxarmaq üçün hər şeyi edir. O hətta xortumu ilə torpağı qazmağa belə çalışır. Lakin onun bu cəhdləri səmərəsiz olub.
Ətrafda onlarla insan toplaşsa da onların heç biri kömək üçün filə yaxınlaşmağa cəsarət etməyib.
Xilasedicilər filin tamaşasına yığışanları hadisə yerindən uzaqlaşdırandan sonra bala fili xilas edə biliblər.