b

Suriyaya qarşı münasibətlərdə dəyişiklik ən yaxşı halda Amerika siyasətinin iflasa uğradığını xəbər verir. Şübhəsiz ki, bu, prezident Bəşər Əsədin və onun İran müttəfiqlərinin böyük bir uğurdur. ABŞ Suriya prezidenti Bəşər Əsədə münasibətinin dəyişməsini elan edib. İlk olaraq bu barədə MKİ-nin direktoru Con Brennan (Brennan John Owen) bəyan edib. O deyib ki, Əsəd rejiminin süqutu yalnız problemi dərinləşdirəcək və yaranmış boşluğu doldurmaq üçün İŞİD kimi radikal qruplaşmalara Dəməşq yolunu aça bilər.

Dövlət katibi Con Kerri bu tezisi əsas tutaraq, vətəndaş müharibəsini başa çatdırmaq üçün şəxsən Bəşər Əsədlə danışıqlar aparmağa hazır olduğunu deyib. Bu həmin Con Kerridir ki, təxminən ayın əvvəlində hərbi əməliyyatlar bahasına da olsa, Əsədi hakimiyyətdən kənarlaşdırmaq lazım olduğunu demişdi. Ümumiyyətlə, Barak Obama administrasiyası üçün Əsəd problemdən, artıq bu problemin həllinə çevrilib. Suriyaya qarşı münasibətlərdə dəyişiklik ən yaxşı halda Amerika siyasətinin iflasa uğradığını bəyan edir. Şübhəsiz ki, bu, prezident Bəşər Əsədin və onun İran müttəfiqlərinin böyük bir uğurdur.

Onlar buna güzəştsiz mübarizənin, kimyəvi silah da daxil olmaqla, bütün mövcud vasitələrin tətbiqi ilənail ola bilmişdilər. Bu münasibər bir çox qərb ölkələrini, eləcə də İsraili bərk narahat edib. İsrail nəşri “Maariv” hesab edir ki , ABŞ prezidenti Barak Obama Suriya faciəsinin lap əvvəlində daha ötkəm və qətiyyətlə hərəkət etməli idi. Əgər o, rejimə qarşı xalq üsyanı başladıqdan sonra ilk aylarda onu hərbi güc tətbiqi ilə hədələsəydi, HHQ-in öz ölkəsində fəaliyyətini qadağan etsəydi, onda rejimi devirmək olardı. Nəşr hesab edir ki, Obama rusiyalı diplomatların təklif etdiyi kompromisə getməklə, bir tərəfdən, Suriyanı kimyəvi silahdan məhrum etdi və bu, xüsusilə də İsrailin maraqları üçün həqiqətən ciddi nailiyyət idi. Amma eyni zamanda bu sövdələşmə Əsədin hakimiyyətdə qalmasını təmin edib.

Brenner və Kerrinin bəyanatı Yaxın Şərqdə doğan yeni reallığı əks etdirir. Köhnə razılaşmalar köhnəlmişdir, yeni ittifaqlar yaradılır. Bu, mürəkkəb reallıqdır. Qatı düşmən olan ABŞ və İran, Suriyada və İraqda İŞİD ilə mübarizədə özlərini barrikadanın eyni tərəfində aşkar ediblər. Amma xarici mətbuatda gedən məlumatlarda bu dolanbaclara görə Amerika administrasiyasını elə də tənqid etmirlər. Onların fikrincə, artıq Vaşinqton “İslam dövlətinin” yüksəlişinin həm Yaxın Şərq, həm də Qərb üçün daha ciddi təhlükə olduğunu dərk edib. Bu zaman ABŞ-ın çoxdankı müttəfiqi İsrailin, zaman-zaman Əsəd ordusuna və “Hizbullah”a qarşı hərəkət edəcəyi gözlənilir. Xarici mənbələrə inansaq, İsrail “Əl-Qaidənin” Suriya bölməsi və “Əl-Nüsrə cəbhəsi” ilə konfliktə girməməyə çalışır və hətta onlarla hər hansı əlaqə da saxladığı məlumdur.