“Newsweek” nəşrinin siyasi köşə yazarı və Katon institutunun böyük elmi işçisi Duq Bendou ABŞ-ın Ukrayna konfliktindən uzaq qalmasını əsaslandıran 7 səbəbi açıqlayıb. Analitik.az bu səbəbləri oxucularına təqdim edir.
1.Rusiya nə Serbiya, nə İraq, nə Əfqanıstan, nə də Liviya deyil.
O, fikrini belə əsaslandırır ki, amerikalılar asan qələbə qazanmağa adət edib. Amma Rusiya üzərində asan qələbə qazanmaq mümkünsüzdür. Rusiya nüvə silahına və digər hərbi silahlara malikdir.
2. Moskva daha çox səy göstərir, nəinki Qərb.
Ukrayna Vaşinqtona nisbətən Moskva üçün böyük əhəmiyyət kəsb edir. Buna görə də, Rusiya resurslarından daha çox istifadə edir, böyük risklərə gedir.
3. Alyans Birləşmiş Ştatların təhlükəsizliyini gücləndirməlidir, ölkələrdə xeyriyyə işləri ilə məşğul olmamalıdır.
NATO-ya Ukraynanın qəbul olunması Amerika və Rusiya arasında hərbi qarşıdurmanın yaranmasına, ABŞ-ın təhlükəsizliyinin kəskin pisləşməsinə səbəb olacaq.
4. Ekspertlərin fikrincə, təhlükəsizlik zəmanətləri və ittifaq öhdəlikləri çox vaxt münaqişəni məhdudlaşdırmır, daha da kəskinləşdirir.
Birinci Dünya Müharibəsində alyans hərəkətverici qüvvə idi, sonra isə girdabın içərisinə girdi.
5. ABŞ-ın xarici siyasəti maraqlar üzərində qurulub, ölkələr üzərində deyil.
Bəzi Kiyev müdafiəçiləri tələb edirlər ki, Ukrayna dəstəyə layiqdir, məsələn Fransa Amerika koloniyasına müstəqillik əldə etməyə kömək etdiyi kimi. Amma Fransaya Amerikada baş verən inqilab mane oldu. Çünki Paris hesab edirdi ki, İngiltərə onun maraqlarını zəiflədəcək.
Moskvaya ilə müharibəyə getməyin Amerika üçün heç bir faydası yoxdur.
Moskvaya ilə müharibəyə getməyin Amerika üçün heç bir faydası yoxdur.
6. Hərəkət növbəsi Avropaya çatdı.
Ukrayna yalnız Avropa üçün geosiyasət planında hansısa əhəmiyyətə malik ola bilər. Lakin NATO üzvlərinin əksəriyyəti öz silahlı qüvvələrini azaltmaqda davam edirlər. Avropanın hərbi gücündən istifadə etmək vaxtı yetişib.
7. Yeganə həll yolu – Danışıqlar yolu
Bendounun sözlərinə görə, Ukrayna və Rusiya arasında olan faciə heç kimə lazım deyil: “Sevindirici haldır ki, davam edən döyüşlər Amerika üçün təhlükəli deyil. Bu konfliktdən yalnız danışıqlar yolu ilə qurtulmaq olar. Vaşinqton konfliktdə davakar tərəf kimi deyil, əksinə, problemin diplomatik yolla həll edilməsinə diqqət ayırmalıdır.”