ABŞ-ın Siettl şəhərində yaşayan Bret Bennettin çəkdiyi video YouTube-da rekord vurur.
Milyonlarla insanın baxdığı videoda iki köpək əks olunub.
Rotveyler cinsindən olan bu köpəklərdən biri ölüb, digəri isə başını onun başına qoyub qüssələnir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bu köpəklər Brut və Henk adlı qardaşlardır.
Henk gecə saatlarında ölüb.
Qardaşının öldüyünü görən Brut səhərədək onun yanında oturub, başını ölmüş Henkin başına qoyaraq ağlayıb.
“Onun yanına gedəndə gördüm ki, Brutun gözləri yaşlıdır. Nə gizlədim, məni də ağlamaq tutdu”, – B.Bennett deyib.