Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq istəyir.
Almaniya kansleri Anqela Merkel bəyan edib ki, onun ölkəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmağa cəhd edir.
Bu barədə AzVision.az “İnterfax” agentliyinə istinadən xəbər verir.
Bundan əlavə, Merkel münaqişənin həll olunması prosesində Rusiyanın oynadığı neqativ rolu vurğulayıb.
“Almaniya münaqişənin həlli yolunda vasitəçi olmağa cəhd edir. Biz hesab edirik ki, Avropa Şurası, Avropa Birliyi bu istiqamətdə təşəbbüslə çıxış edərək münaqişənin nizamlanmasına öz tövhəsini verə bilər. Bununla əlaqədar Azərbaycan Avropa Komissiyası ilə danışıqlar aparacaq”, – deyə Almaniya kansleri bəyan edib.
Merkel əlavə edib ki, Almaniya Ermənistan və Azərbaycanın danışıqlar prosesini dəstəkləməyə hazırdır:
“Atəşkəs rejiminin tez-tez pozulması neqativ faktdır. Hesab edirəm ki, burada müəyyən rolu Rusiya oynayır. Mən bunu vurğulamaq istədim”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.