Cümə axşamı, 26 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

Namus üstə qulaq kəsdi, arvadı ilə qızını isə küçəyə atdı … (video)

TURAN
20/01/2015 20:58
0
0
BAXIŞ
FacebookTwitterTelegram
img1727560
“…Özüm anasız böyümüşəm, qızımın anasız böyüməsinə razı ola bilmərəm. O, mənim taleyimi yaşamayacaq, döyülməyəcək, evdən qovulmayacaq…”
Göz yaşları danışmasına imkan vermir. O qədər yavaş səslə danışır ki, bir sualı iki-üç dəfə təkrarlayırıq…
“Bakıda kişi uşağın qız doğulmasından qəzəblənərək arvadını və körpəni öldürmək istəyib, onları ölümlə hədələyib. Buna görə də hər ikisini sığınacaq evinə yerləşdirmişik” – bir neçə gün əvvəl Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə virtualaz.org saytına belə bir açıqlama vermişdi.
Biz də küçəyə atılan həmin qadını axtarmağa başladıq, onunla elə sığınacaq evində görüşdük.
23 yaşlı Nərmin Məmmədova deyir ki, həyat yoldaşı uşaqdan öz anasının məsləhəti ilə imtina edib:
-Hamilə vaxtı beş dəfə həkimə getmişəm, uşağın gah qız, gah da oğlan olacağını söylədilər. Uşaq doğulandan sonra həyat yoldaşımın anası gəldi. Qayınanam dedi ki, mən uşağın oğlan olacağını gözləyirdim, məni aldatdınız, uşaq qız doğuldu, biz qız uşağı istəmirik, daha nələr.
Bundan sonra həyat yoldaşım da uşaqdan imtina etdi. Deyir qız uşağı bədlik gətirir, düşəri-düşməzi olur. Guya qız atanın namusuna xələl gətirir. Deyirlər ki, uşağı internata ver, bundan sonra özün evə qayıda bilərsən. Ancaq uşağı internata verməsəm, ikimizi də öldürəcəyi ilə hədələdi.
-Bəs sənin valideynlərin niyə sizə sahib çıxmadı?
-Mən anasız böyümüşəm. Atam, bacım, qardaşlarım var. Qardaşlarım mənimlə danışmırlar. Çünki qoşulub qaçmışam. Bacım isə bibimin oğlu ilə ailə qurub. Onun da vəziyyəti yaxşı deyil, bibimdən icazəsiz heç nə edə bilməz. Atam dedi ki, uşağı atasına ver, bundan sonra evə qayıda bilərsən, uşağa baxmağa imkanım yoxdur. Amma evimiz böyükdür, atamın şəraiti var. Elə atama, bibilərimə görə ailə qurmaq istəyirdim. Fikirləşirdim ki, öz evim olacaq, mənə sahib çıxacaqlar. Buna görə də baş götürüb getmişdim.
-Həyat yoldaşınla rəsmi nikahın varmı?
-Onunla rəfiqəmin toyunda tanış olduq. İmişlidən yaşadığımız rayona toya gəlmişdi. Elə rəfiqəmin köməyi ilə də tanışlığımızdan bir ay sonra qoşulub qaçdım. Dini kəbin kəsdirdik, amma nikah bağlamadıq. Ailəsi bizə toy elədi. Amma onlarla gediş-gəlişimiz olmadı. Yalnız iki dəfə qayınanam Bakıda kirayədə yaşadığımız evə gəlib. Sonuncu dəfə gələndə uşaq qız doğulduğu üçün bizimlə danışmayacaqlarını dedi. Atası isə oğlunun heç nəyinə qarışmır. Yəni ona heç kim bir söz deyə bilmir.
-Niyə?
-Biz evlənəndən sonra öyrəndim ki, həyat yoldaşım həbsdə yatıb. Dostunun bacısına söz atan oğlanın qulağını kəsib, 8 il həbsdə qalıb. Mən ailəsi ilə arasında olan soyuq münasibətin səbəbini soruşdum. Dedi ki, həbsdən çıxandan sonra atasıgillə münasibəti pis olub. O, çox qəzəblidir, içəndən sonra isə heç kim ona cavab qaytarmır. Onun işinə qarışmağa qorxurlar. Amma demişdi ki, uşaq oğlan olsaydı, onun üçün hər şey edəcəkdi. Qız oldu, hər şey dəyişdi.
-Qız doğulmazdan əvvəl yaxşı yaşayırdınız?
-Yemək alırdı, kirayədə qalırdıq. Amma tez-tez, əsasən də içəndə məni döyürdü. Çalışırdım ki, o, əsəbi gələndə danışmayım, nə deyirdisə, tez yerinə yetirirdim. Bir dəfə hamilə vaxtı məni möhkəm döydü, xəstəxanada yatdım. Ona görə də çox qorxuram.
-Neçə vaxtdır görüşmürsünüz?
-Məni döydü, mən də atamgilə getdim. Onlar da uşağı qəbul etmədilər. Sonra polislərə yaxınlaşıb getməyə yerimin olmadığını dedim. Ötən il dekabrın əvvəlində məni bu sığınacaq evinə gətirdilər. Təxminən 3 aydır ərimin üzünü görmürəm. Polislər onunla danışıb. Polislərə deyib ki, uşaqdan imtina edir, amma uşağı internata versəm, məni evə buraxacaq.  Deyib ki, mənə aliment verməyəcək, əgər məhkəməyə müraciət etsəm, uşağın onun olmadığını deyəcək. Mən də zəng vurdum, yalvardım ki, bizi evə burax, uşağı böyüdək. Dedim ki, söysə də, döysə də razıyam. Ancaq razı olmadı.
-Yoldaşının neçə yaşı var? Deyirsən ki, 8 il həbsdə yatıb.
-28 yaşı var. Mənimlə 3 ildir ailəlidir. Biz tanış olanda həbsdən yenicə çıxıbmış.
-Yəni 18-19 yaşında cinayət törədib.
-Toydan sonra dedi ki, mən dostuma görə qulaq kəsmişəm. Sonra dostları da bunu təsdiqlədilər. Mən bibilərimin davası ilə böyümüşəm.  Deyirdilər ki, atanızın ailə qurmasına sən icazə vermirsən. Bibilərim məni danlayırdılar, söyürdülər. İndi isə qızımın həmin taleyi yaşamasına razı ola bilmərəm. Sığınacaqdan çıxandan sonra nə edəcəyimi bilmirəm. Amma hər işə razıyam, xadiməlik edərəm, uşaqlara baxaram, təki qızımı məndən ayırmasınlar.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva isə deyir ki, qızların təsadüfi tanışlığı, rəsmi nikahın olmaması həm qadının, həm də uşağın hüquqlarını məhdudlaşdırır. İndi 23 yaşlı ana köməyə möhtacdır…

DAHA ÇOX OXU

Nazirlikdə nazirin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ
Cəmiyyət

Nazirlikdə nazirin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ

25/05/2022
Avtoşluq edən əsgər barəsində bu maddə üzrə cinayət işi başlandı
1-MANŞET

Avtoşluq edən əsgər barəsində bu maddə üzrə cinayət işi başlandı

25/05/2022
Türk pilotlar Bakı səmasında ürək forması cızdılar – VİDEO
Cəmiyyət

Türk pilotlar Bakı səmasında ürək forması cızdılar – VİDEO

25/05/2022
Kadırovun Ukraynaya göndərdiyi üç xüsusi təyinatlı məhv edildi
Dünya

Kadırovun Ukraynaya göndərdiyi üç xüsusi təyinatlı məhv edildi

25/05/2022
Gövhər Həsənzadə: “Müğənnilər restoran səhnələrində adiləşir” – VİDEO
export

Gövhər Həsənzadə: “Müğənnilər restoran səhnələrində adiləşir” – VİDEO

25/05/2022
“Mən yumuşam… Çox zövqlü prosesdir” – Ayaqsuyu QALMAQALI
export

“Mən yumuşam… Çox zövqlü prosesdir” – Ayaqsuyu QALMAQALI

25/05/2022
SON XƏBƏR
Azərbaycanın tanınmış rejissoru vəfat etdi

Azərbaycanın tanınmış rejissoru vəfat etdi

21 … Yanvar … 2015

21 ... Yanvar ... 2015

“Böyüklər balacaları qorxuda bilməzlər” – Obama

“Böyüklər balacaları qorxuda bilməzlər” - Obama

Xəbər lenti

Nazirlikdə nazirin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ

Nazirlikdə nazirin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ

2022/05/25 20:04

Avtoşluq edən əsgər barəsində bu maddə üzrə cinayət işi başlandı

Avtoşluq edən əsgər barəsində bu maddə üzrə cinayət işi başlandı

2022/05/25 19:54

Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbərliyi ilə görüş keçirilib – FOTO

Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbərliyi ilə görüş keçirilib – FOTO

2022/05/25 19:30

Türk pilotlar Bakı səmasında ürək forması cızdılar – VİDEO

Türk pilotlar Bakı səmasında ürək forması cızdılar – VİDEO

2022/05/25 18:53

Kadırovun Ukraynaya göndərdiyi üç xüsusi təyinatlı məhv edildi

Kadırovun Ukraynaya göndərdiyi üç xüsusi təyinatlı məhv edildi

2022/05/25 17:58

Gövhər Həsənzadə: “Müğənnilər restoran səhnələrində adiləşir” – VİDEO

Gövhər Həsənzadə: “Müğənnilər restoran səhnələrində adiləşir” – VİDEO

2022/05/25 17:52

“Mən yumuşam… Çox zövqlü prosesdir” – Ayaqsuyu QALMAQALI

“Mən yumuşam… Çox zövqlü prosesdir” – Ayaqsuyu QALMAQALI

2022/05/25 17:10

“TEKNOFEST Azərbaycan”a hazırlıqlar başa çatır – VİDEO

“TEKNOFEST Azərbaycan”a hazırlıqlar başa çatır – VİDEO

2022/05/25 16:37

Nərgiz Zakirova Moskva aeroportunda saxlanıldı

Nərgiz Zakirova Moskva aeroportunda saxlanıldı

2022/05/25 16:27

Zakir Həsənov Səlcuq Bayraqdarla görüşüb – FOTOLAR

Zakir Həsənov Səlcuq Bayraqdarla görüşüb – FOTOLAR

2022/05/25 16:25

Rəqəmlər balet oynayanda

Çörəyini ayaqlayanlar

2022/05/25 15:47

Müharibənin dəhşətli üzü – kütləvi aclıqdan necə xilas olmalı?

Müharibənin dəhşətli üzü – kütləvi aclıqdan necə xilas olmalı?

2022/05/25 15:43

4 helikopterin umu-küsüsündən 2 “Akınçı”ya qədər keçilən uzun, şərəflitarix: İki liderin tək yolu

4 helikopterin umu-küsüsündən 2 “Akınçı”ya qədər keçilən uzun, şərəflitarix: İki liderin tək yolu

2022/05/25 15:41

Selçuk Bayraktar Bakıda ilk dəfə döyüş təyyarəsi sürdü – VİDEO

Selçuk Bayraktar Bakıda ilk dəfə döyüş təyyarəsi sürdü – VİDEO

2022/05/25 15:35

Sürücülərə VACİB XƏBƏR VAR – 40 manat cərimə oluna bilərsiniz – VİDEO

Sürücülərə VACİB XƏBƏR VAR – 40 manat cərimə oluna bilərsiniz – VİDEO

2022/05/25 14:59

Azərbaycanda referendum olacaq?

Azərbaycanda referendum olacaq?

2022/05/25 14:54

Hindistan Səfirliyi 8-ci Beynəlxalq Yoqa Gününü qeyd etmək üçün tədbirlərə start verib

Hindistan Səfirliyi 8-ci Beynəlxalq Yoqa Gününü qeyd etmək üçün tədbirlərə start verib

2022/05/25 14:54

DİQQƏT! Bakı metrosu iş rejimini dəyişir – Bu tarixdən

DİQQƏT! Bakı metrosu iş rejimini dəyişir – Bu tarixdən

2022/05/25 14:45

Azərbaycanda 18 yaşlı qızdan sevgilisi ilə ŞOK addım

Azərbaycanda 18 yaşlı qızdan sevgilisi ilə ŞOK addım

2022/05/25 14:22

Samir Şərifov inflyasiyadan və qiymət artımından danışdı

Samir Şərifov inflyasiyadan və qiymət artımından danışdı

2022/05/25 14:07

Azərbaycanlı xanım müğənni həbsxanada evlənib – VİDEO

Azərbaycanlı xanım müğənni həbsxanada evlənib – VİDEO

2022/05/25 14:00

Əsirlikdə olan “Azov” döyüşçülərinin başına nə gətirildi? – Komandirləri danışdı

Əsirlikdə olan “Azov” döyüşçülərinin başına nə gətirildi? – Komandirləri danışdı

2022/05/25 13:55

Lalə Azərtaşdan “Kişinin ayağını da yuyacaqsan, suyunu da içəcəksən” sözlərinə REAKSİYA – VİDEO

Lalə Azərtaşdan “Kişinin ayağını da yuyacaqsan, suyunu da içəcəksən” sözlərinə REAKSİYA – VİDEO

2022/05/25 13:52

Azərbaycanda sabiq vitse-prezidentə CİNAYƏT İŞİ AÇILDI – SƏBƏB

Azərbaycanda sabiq vitse-prezidentə CİNAYƏT İŞİ AÇILDI – SƏBƏB

2022/05/25 13:48

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

    Xəbərlərə abunə ol!

    No Result
    View All Result
    • Ana səhifə
    • Dünya
    • Siyasət
    • Sosial
    • Cəmiyyət
    • Magazin
    • İqtisadiyyat
    • Hadisə
    • İdman
    • Kriminal
    • Media
    • RU
    • EN

    23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.