Əməkdar artist Cavanşir Məmmədov yeni avtomobil alır.
Axşam.az-ın məlumatına görə, “Rolls Royce” markalı avtomobili ilə səs-küy yaradan müğənni iddialı danışıb.
“Hər şey daxil” verilişinin qonağı olan ifaçı yeni maşınının sensasiya yaradacağını deyib:
“Sensasiya yaradacaq maşın sifariş etmişəm. Martın ortalarında, sözün həqiqi mənasında, səs-küy yaradacam. İndidən deyirəm, elə bir avtomobil sifariş vermişəm ki… Bir nəfərlikdir. Çox gözəl maşındır. Onu ancaq özüm üçün alıram. İkinəfərlik, dördnəfərlik maşınlarım var. Mənə birnəfərlik lazım idi”.
“Neçə avtomobiliniz var? Təyyarə almaq istəmirsiniz” sualına C.Məmmədov belə cavab verib:
“Maşınlarımın sayını deməyə çəkinirəm. 40 ildir sənətə xidmət edirəm, niyə görə avtomobillərim olmasın? Nə üçün mənim də təyyarəm olmamalıdır? İbrahim Tatlısəsin ola bilər, bizim sənətçilərin yox? Başqa xalqlardan fərqlənməməliyik. İnsan bir ömür yaşayır, sənətin buna icazə verirsə, hər şey ala bilərsən. Yalandan deyirlər ki, Cavanşirin obyektləri var. Mənim heç bir biznesim yoxdur. Tək gəlirim səsimdir”.