Kristina yaxın rəfiqəsinin xahişini yerə salmayaraq fotosessiyaya çəkilməyə razılıq vermişdi. Fotosessiyada Kristina gəlin paltarında olmalı, toyu olan bəxtəvər qız obrazını yaratmalı idi.
ABŞ-ın Vayominq ştatındakı Olbani bölgəsində, Buford şəhərində yerləşən “Mall of Georgia” meydanına, yolkanın qarşısına gəlin paltarında yollanan Kristina fotoqraf gözləyirdi.
Lakin o, böyük sürprizlə üzləşib.
Bəzədilmiş yolkanın kənarında onu atası gözləyirdi.
Milli.Az ABC-yə istinadən bildirir ki, atasını görən Kristina çaş-baş qalıb.
Ata isə gülümsəyərək deyib: “Qızım, bu gün toyundur. Təbrik edirəm səni!”
Kristina kövrəlib, ağlayıb. Az sonra isə sevgilisi Brayan ona yaxınlaşıb.
Sən demə, bu “aksiya”nın təşkilatçısı Brayan idi. Kristinanın rəfiqəsinin “fotoqraf” adlandırdığı şəxs də məhz Brayanmış.
Brayan Kristinaya yaxınlaşandan bir qədər sonra təzə bəylə gəlinin ailə üzvləri və qohumları meydana toplaşmağa başlayıblar.