Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin dekabrın 25-də keçirilən iclasında “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, komitə sədri Eldar İbrahimovun bildirdiyinə görə, belə bir qanun layihəsinin müzakirəsinə və qəbuluna ciddi ehtiyac var.
“Sovetlər dövründə kolxoz-sovxoz vardı, insanlar kənd təsərrüfatına, aqrar sahəyə aid onları maraqlandıran məsələlərlə əlaqədar həmin təsərrüfatlardakı mütəxəssislərlə məsləhləşirdilər, onlardan nəsə öyrənirdilər”- deyən, komitə sədrinin sözlərinə görə, ancaq İndi kolxoz-sovxoz olmadığı üçün insanlar, kənd sakinləri, fermerlər kimdənsə məsləhət ala, nəsə öyrənə bilmirlər.
“Məsələn, kimsə yeni kombayn alıb, ancaq onu işlədə bilmir, bu zaman kimdənsə məsləhət almalıdır, ya yox? Və yaxud, kimsə dava -dərman alıb, ancaq onu istifadə etməyi, mal-qaraya necə vurmağı bilmir, indi o, kimdənsə məsləhət almalıdır, ya yox? Bax, müzakirəyə çıxarılan qanun layihəsinin də mahiyyətində məhz bu məsələ dayanır.
Eşidirəm, fikir verirəm, bəziləri deyir ki, əşşi, belə bir qanuna nə ehtiyac var? Mən isə deyirəm ki, onlar aqrar sektordan , kənd təsərrüfatından bixəbər, bu sahədən başı çıxmayan insanlardır.
Bu baxımdan, bir daha hesab edirəım ki, belə bir qanun lasyihəsinin müzaklirəsinə və qəbuluna ciddi ehtiyac var”-deyə, E. İbrahimov daha sonra sözlərinə əlavə edib.
Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə olunub.