13 yaşlı qız: “Qorxdum ki, məni diri-diri basdırarlar”
“The Associated Press” agentliyinin Nigeriyadan verdiyi xəbərdə deyilir ki, 13 yaşlı qız mətbuat konfransında deyib ki, atası onu “Boko Haram” a bağışlayıb. Terrorçu təşkilat isə ondan partlayış məqsədi ilə istifadə etmək istəyib. Qız isə özünü partlatmaqdan imtina edib və polis tərəfindən saxlanılıb. Hadisə Nigeriyanın ikinci ən böyükşəhəri olan Kano-da baş verib.
Agentlik xatırladır ki, son aylarda azyaşlı qızların və qadınların iştirakı ilə çoxsaylı terror aktları həyata keçirilib. Xalq arasında qorxu hissi güclənib. Onlar əmindirlər ki, üsyançılar girov götürdükləri qızlardan partlayış törətmək və əhalini şiddətli qorxu içərisində saxlamaq istəyir.
Adı açıqlanmayan qız çərşənbə günü axşam keçirdiyi mətbuat konfransında deyib ki, o, “Boko Haram”ın düşərgələrində diri-diri basdırılan insanları gözü ilə görüb.
O, bildirib ki, bir gün onun sahibi onu yanına çağırıb və soruşub ki, sən cənnətə getmək istəyirsən? “Mən “istəyirəm” dedim”. Sahibim söylədi ki, cənnətə getmək üçün sənin üstünə bomba bağlayacağıq. Sən də onu şəhərdə partlatmalısan”.
Soruşdum ki, cənnətə getmək üçün mütləq özümü partlatmalıyammı? Axı bomba partlayandan sonra mən öləcəm. Dedim ki, mən bunu edə bilməyəcəm.
Onlar məni ölümlə hədələdilər. Sonda bədənimə bomba quraşdırılmasına icazə verdim. Axı onlar məni də diri-diri basdıra bilərdilər.
İki başqa qız dekabrın 10-da Kano şəhərində yerləşən parça bazarında bədənlərinə bağlanmış şəhid kəmərin partladıblar. Polis bildirmişdi ki, həmin partlayışlar zamanı 4 nəfər ölüb, 7 nəfər isə yaralanıb. Mətbuat konfransı keçirdən qız da yaralananlar arasında olub.
Qərbi Afrikada yaranmış “Boko Haram” 276 məktəbli qızı oğurladıqdan sonra dünya ictimaiyyətinin diqqətini cəlb etdi. İndiyə qədər o qızların bir hissəsi qaçaraq öz doğmalarına qovuşub. Ancaq hələ də 219 qız onların əlində girov kimi qalmaqdadır. Terrorçular 5 ildir ki, Nigeriyada şəriət qanunlarına söykənən dövlət qurmaq üçün savaşırlar.
Agentlik qeyd edir ki, Nigeriyanın 160 milyon əhalisi var. Əsasən müsəlman ölkəsidir. Ancaq ölkənin şimalında daha çox xristianlar yaşayır.
Mətbuat konfransında çıxış edən polisin məsul işçisi Adenrele Şinaba deyib ki, iki qız partlayış törədəndə, o da onların yanında olub. Nəticədə ayağından yaralanıb. Taksi sürücüsü onu tez xəstəxanaya çatdırmaq istəyib. Yolun yarısında qız taksi sürücüsünə deyib ki, belimdə olan şəhid kəmərin açıb oturacağın üstünə qoydum. Sürücü polisi dərhal məlumatlandırıb.
Polis məmuru onu da deyib ki, hazırda qız həbsxanada qalmaq arzusundadır. İstintaq isə davam edir. “Ancaq biz qızını “Boko Haram”a bağışlamış atanı tapa bilmirik”.
Musavat.com