76346_res_01

Şimali İraqda kürd qadınlarından ibarət dəstə “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı yaraqlılarına hücum edib.

Bu barədə azvision.az-ın “Milliyet” qəzetinə istinadən xəbər verir.

Məlumata əsasən, tərəflər arasında döyüşlərdə qalib gələn kürd qadın döyüşçülər İŞİD terrorçularını edam edib.

Məlumatda həmçinin İŞİD yaraqlılarının kürd qadın hərbçilərlə döyüşməkdən qorxduğu bildirilir. Onların inanclarına görə, qadın tərəfindən öldürülən şəxslər cənnətə düşmür.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İŞİD silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda “İslam Dövləti” İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində “İslam Xilafəti” yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.