Fetullah 1

Türkiyədə aparılan “paralel yapı” əməliyyatları ilə bağlı məhkəmə qərar çıxarıb. Modern.az saytının Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə məhkəmə nurçu camaatın lideri Fətullah Gülən haqqında həbs qərarı çıxarıb.

ABŞ-da Fətullah Gülən terror qruplaşmasına liderlik etməkdə ittiham edilir.
14 dekabrda, böyük rüşvət və korrupsiya əməliyyatlarının ildönümü ərəfəsində İstanbul polisi Gülən camaatına məxsus media quruluşlarının rəhbərlərini həbs edib.

Lakin məhkəmənin bu günkü qərarı ilə “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı da daxil olmaqla, 8 nəfər sərbəst buraxılıb. Onlar xaricə getməmək şərti ilə azadlığa buraxılıb.

“Saman yolu” televiziyasının baş direktoru Hidayət Karaca isə həbsdə qalıb.