img1662017

Madridin “Real” klubunun futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsində “Liverpul” ilə matçdan (3:0) sonra qeyd edib ki, bombardir kimi rekord müəyyən edəcəyinə arxayındır.

AzərTAc xəbər verir ki, Ronaldo rekordu təzələyəcəyinə əmindir.

“Bu, mənim “Enfild” stadionunda vurduğum ilk qol oldu. Özümü son dərəcə xoşbəxt hiss edirəm. Bu stadionda oynamağın asan olmayacağını başa düşürdük, lakin görüşün ilk 45 dəqiqəsini fantastik səviyyədə keçirdik və layiqli qələbə qazandıq.

Çempionlar Liqasının bombardiri kimi rekord müəyyən edəcəyimə çox da şübhə etmirəm. Bilirəm ki, bu rekordu təzələyəcəyəm. Lionel Messi və mən rekorda çox yaxınıq.

İndi əsas məsələ “Real”ın 9 xal yığmasıdır. Biz öz titulumuzu qoruyub saxlaya biləcəyikmi? Niyə də yox? Biz matçdan-matça irəliləyirik, lakin Çempionlar Liqasında yenidən qalib gəlməyə çalışacağıq”, – Ronaldo deyib.

Madridin “Real” komandasının hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının ən yaxşı bombardiri olmaq üçün 2 qol vurmalıdır. Hazırda bu rekordun sahibi Rauldur. O, Çempionlar Liqasında 71 qol vurub.