FaktXəbər-in verdiyi məlumata görə, Batmandan Seylan Özalp adlı döyüşçünün Kobanidəki döyüşlərdə İŞİD-in əlinə düşməmək üçün intihar etdiyi xəbəri yayılıb. Bu bərədə PKK-nın Suriya qanadı olaraq tanınılan PYD-nin siyasi qolu YPG-yə yaxın internet şəbəkələrində və Twitter hesablarında deyilib.
Kod adı Berivan Sason olduğu deyilən 19 yaşlı Özalp üçün yazılan anma mesajında gənc qadının Kobanidə Cənub-şərq cəbhəsində döyüşən birliyin İŞİD terrorçuları tərəfindən tamamilə yox etdiyini bildirib. Özalp isə ratsiya ilə vida edərək İŞİD-in əlinə düşməmək və təcavüzə uğramamaq üçün son qurşunu ilə intihar etdiyi bildirilib.
Qeyd edək ki, Özalp ötən ay Kobaniyə gedən BBC-nin müxbiri Gabriel Gatehouse-a reportaj vermişdi. Reportajda Özalp İŞİD-çilərin silahlı qadınları görəndə titrədiyini demişdi. Həmçinin o,İŞİD-in əlinə düşməkdənsə, özünü öldürməyi tərciyə edəcəyini söyləmişdi.