FaktXəbər-in verdiyi məlumata görə, Kaliforniyanın sabiq qubernatoru Arnold Şvarstneqr İspaniyanın paytaxtı Madridin səfiri olub.
O, həmçinin kultiristlər üçün təşkil olunan Arnold Classic Europe-nin 4 dəfə məhz bu şəhərdə keçirilməsinə təşəbbüs göstərdiyi üçün xüsusi medala da layiq görülüb.
Hollivud aktyoru tədbir zamanı 1982-ci ildə Madrid şəhəri yaxınlığında həyata keçirilən «Konan Varvar» filminin çəkilişlərini xatırladıb: «Mən burda 5 ayımı keçirmişəm. Gözəl vaxtlar idi. Film isə mənim karyeramda dönüş nöqtəsi oldu».
Şvarstneqr öz çıxışını «Terminator-2» filmindəki frazası ilə bitirib: «Mən qayıdacam»