Madridin “Real” klubu portuqaliyalı forvardı Kriştiano Ronaldunu əgər “Mançester Yunayted”ə satmaq haqda qərar verərsə, onda İngiltərə klubu onun transferi üçün 180 milyon avro ödəməlidir.
Modern. az xarici KİV-ə istinadən bildirir ki, Potuqaliya millisinin kapitanının İspaniyada həftəlik əmək haqqı 500 min avrodur. Britaniya mətbuatının yazdığına görə, “Real” öz lideri ilə 180 milyon avrodan aşağı qiymətə ayrılmaq niyyətində deyil. Ronaldu isə bundan əvvəl bəyan edib ki, “kral klubu”nu tərk etmək niyyətində deyil və bu haqda yayılan xəbərlərin hamısı yalnız şayiələrdir.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.