ABŞ prezidenti Barak Obama müasir dünyanı təhdid edən 3 qlobal problemdən danışarkən ilk olaraq Ebola virusunu, ikinci Putin Rusiyasını, üçüncü isə “İslam dövləti” (əvvəlki adı İraq Şam İslam Dövləti – İŞİD) terror təşkilatının adını çəkmişdi. Hərbi əməliyyat aparma məharəti və bir o qədər də amansızlığı ilə seçilən “İslam dövləti” İraqda və Suriyada geniş ərazilər ələ keçirməklə nəticələnən əməliyyatlara və Obamanın dediyi kimi qlobal təhlükəyə çevrilməsinə görə borclu olduğu şəxslərdən biri çeçen Ömər əş-Şişanidir. Uzun müddət adı xarici, tez-tez də Azərbaycan mətbuatında çəkilən Ömər əş-Şişani ərəblərin adətən Yaxın Şərqin qaynar nöqtələrinə döyüşməyə gələn çeçen könüllülərinin komandirlərinə verdiyi bir addıdır. Ömər əş-Şişani isə eyni soyadı daşıyan çeçen komandirləri arasında seçilə bilib. Modern.az çeçen komandiri Ömər əş-Şişaninin bioqrafiyası barədə məlumatları təqdim edir.
Əsl adı Tarxan Batiraşvili olan Ömər əş-Şişani 1986-cı ildə Gürcüstanın Pankisi dərəsindəki Birkiani kəndində anadan olub. Maraqlıdır ki, gələcək ekstremistin atası Timur Batriaşvili milliyətcə gürcü idi və provoslav xristian idi. Anası isə kistin icmasının üzvü idi (red-Gürcüstanda çeçen əsilli insanları kistin adlandırırlar). Timur Batriaşvili yetkinlik yaşına qədər özünü xristina gürcü kimi tanıdırdı və müntəzəm sürətdə gürcü kilsələrinə ibadətə gedirdi. Dağlıq coğrafiyası olan Pankisidə o, çobanlıq edirdi və ali təhsil barədə ümumiyyətlə düşünmürdü.
Elə bu səbəbə görə, 2007-ci ildə orta məktəbi bitirən Batriaşvili bütün özü kimi gələcək ali təhsil perspektivi olmayan həmyaşıdları ilə birlikdə hərbi xidmətə yollanır. Onun planlarında zabir karyerası qurmaq var idi. Lakin hərbiyə yollandıqdan 1 il sonra – 2008-ci il avqustun 8-də Rusiya-Gürcüstan müharibəsi baş verir. Orduda çavuş kimi xidmət edən Batriaşvili döyüş əməliyyatlarına cəlb olunur. İlk dəfə məhz gürcü torpağında o, Rusiya tərkibində vuruşan çeçen döyüşçülərlə üzləşməli olur. Xüsusən, çeçenlərin elitar “Şərq” batalyonu ilə baş verən döyüşlər Batriaşvilidə çeçenlərə qarşı rəğbət hissinin yaranmasına səbəb olur.
Ölkəsinin məğlubiyyəti ilə nəticələnən “5 günlük müharibə”dən təxminən 2 il sonra Batriaşvili ordudan təxris olunur. Formal səbəb kimi çavuş Tarxan Batriaşvilinin “vərəm” xəstəliyindən əziyyə çəkdiyi göstərilir. Həmin 2 ildə (2008-2010) onunla nə baş verdiyi məlum olmasa da, öz çeçen mənşəyinə olan marağı sürətrlə artmağa başlayır. Ordudan təxris olduqdan buir neçə ay sonra, 2010-cu ilin payızında Tsrxan Batriaşvili nsarkotik vasitələrin saxlanmasına görə məhkum olunur. Həbs olunsnda artıq o, özünüdərkindəki pravoslav gürcü obrazını sünnü çeçen obrazı ilə əvəzləmişdi.
Həbsdə onun bu inamı daha da möhkəmlənir. 2012-ci ilə qədər cəzaçəkmə müəssisəsində qalan Tarxan onunla görüşə gələn atasına “həbsdən çıxsam müqəddəs müharibəyə (red- cihad) başlayacam” deyə müraciət edir. O, xəstəliyi səbəbilə həbsdən vaxtından əvvlk azad edilir və dərhal Türkiyəyə gedir. Artıq, onun düşüncəsi Qərb dövlətlərinə qarşı total müharibə və Yaxın Şərqdə şəritə dövlətinin qurulması olur. Ola bilsin ki, Timur Batriaşvilinin Ömər əş-Şianiyə çevrilməsinə və radikallşmasına həbsxanada üzləşdiyi hadisələrin də təsiri olub. Səbəbindən asılı olamyaraq 2013-cü ildə Ömər əş-Şişani artıq vətəndaş müharibəsinin tuğyan etdiyi Suriyada peyda olur. Əsaən, özü kimi Şimali Qafqaz əsilil döyüşçülərdən komplektlənmiş döyüş qrupuna rəhbərlik edən Şişani gürcü ordusudakı təcrübədən də yararlanır.
“Ceyş-əl-Mühacirin-vəl-Ənsar” qruplaşmasının rəhbərlərindən biri kimi Şişani Suriya ordusuna qarşı aktiv hərbi əməliyyatlara başlayır. Onun rəhbəri olduğu qruplaşma “İslam dövləti” ilə sıx əməkdaşlığa daxil olur. Bir neçə aydan sonra isə “Ceyş-əl-Mühacirin” qruplşaması faktiki olaraq “İslam dövləti”nin tərkibinə daxil olur. “İslam dövləti”nin digər Əsəd əleyhdarı “Əl-Nüsrə Cəbhəsi”nə qarşı başladığı daxili müharibə zamanı Ömər əş-Şişani fəal iştirakçılardan biri olur. Təsadüfi deyli ki, 2013-cü ilin mayında 27 yaşlı əş-Şişani yaxud əmir Ömər “İslam dövləti”nin şimal cəbhəsinin komandiri təyin olunur. Suriyanın şimalında, yeni vəzifəsində Şişani yerli suriyalı kürdlərə qarşı hərbi əməliyyatlara başlayır. 2013-cü ilin noyabrında kürdlər onun döyüşdə öldürlüməsi barədə məlumat yaysalar da, tezliklə dini radikal saytlardan birinə müsahibə verən Ömər əş-Şişani ölümü ilə bağlı şaiyələri puç edir. 2014-cü ilin iyununda İraqın şimalında sözün bütün mənalarında ildırımsürətli əməliyyat keçirən Əş-Şişani “İslam dövləti” üçün Mosul, Tikrit kimi iri şəhərləri qazandırır. Bu andan etibarən onun təşkilat daxilindəki nüfuzu kəskin artır. olur.
Təsadüfi deyli ki, ABŞ Ömər əş-Şişani (Tarxan Batruaşvili)daxil olmaqla 11 nəfəri “terrorçuluğa dəstək” səbəbindən “qara siyahı”ya daxil edib.
Öz növbəsində Ömər əş-Şinai isə Çeçenistan Respubikasının 12 nümayəndəsi, o cümlədən prezident Ramzan Kadırovu öldürən şəxslərə pul mükafatı vəd edib. Kadırovun ölümünə görə 5 milyon dollar, onun sağ əli, Rusiya Dövlət Dumasının deputatı Adəm Dəlimxanova görə isə 2 milyon dollar mükafat var.
Beləliklə, artıq konstatasiya etmək olar ki, 28 yaşlı keçmiş gürcü xristianı radikallığı ilə “Əl Qaidə”ni belə kölgədə qoyan radikal islamçı terror təşkilatının əsas simalarından birinə çevrilib.