Hazırda Hindistanın məşhur “İndias Best Cine Star Ki Khoj” yarışmasında iştirak edən rəqqasə Oksana Rəsulova finala hazırlaşır
Həftənin şənbə günü efirə gedəcək yarışmanın qalibi bəlli olacaq. Yeni səhnələr hazırlayan sənətçi bunları qeyd edib:
“Finalda verilişin aparıcısı Hüseynlə rəqs edəcəyik. Bir də “Maşallah” mahnısına solo rəqsim olacaq. Çox gözəl xoreoqrafiya qurulub. Səhnə dizaynı çox maraqlı və inanılmaz gözəl olacaq. Təsəvvür edin, səhnədə qum olacaq, mən ortada, qızlar isə arxada oynayacaq. Məşqdə az qala yıxılmışdım. Amma çox gözəl rəqs alındı. Həftə sonu şounu izləyin”.
Qeyd edək ki, yarışma Hindistanın ən məşhur kanalı olan “ZEE TV”də hər həftənin şənbə və bazar günləri yayımlanır. Rəqqasə 2 min nəfər içərisindən seçilərək 12 iştirakçıdan biri olub.
Axsam.az