ABŞ prezidenti Barak Obama əsgərlərə verdiyi hərbi salama görə tənqid hədəfinə çevirilib.
Virtualaz.org saytı xəbər verir ki, Obama ABŞ Dəniz Qüvvələrinin heyəti ilə görüşüb. Görüşə helikopterlə gedən Obama əsgərlərə hərbi salam verib. Lakin ABŞ prezidenti hərbi salamı əlində qəhvə fincanı ola-ola verib.
Həmin görüntüləri əks etdirən video Ağ Evin rəsmi instagram səhifəsindən paylaşılıb.
Görüntülər ciddi müzakirələrə səbəb olub. Bu hərəkətinə görə Obamanı tənqid edənlər onu qeyri-ciddi olmaqda günahlandırıb.
Qeyd edək ki, ABŞ prezidenti bir müddət əvvəl – amerikalı jurnalist Ceyms Foulinin İŞİD üzvləri tərəfindən başının kəsildiyi günlərdə qolf oynaması ilə gündəmə gələrək tənqid edilmişdi. Obama o zaman da indi olduğu kimi kəskin tənqid hədəfinə çevrilmişdi.