Bakıda insanın həyatının bir qəpiklik olduğunu göstərən hal yaşanıb. Oxucuların Milli.Az-a göndərdikləri videoda bu, tam çılpaqlığı ilə görünür
Dünən Füzuli küçəsində, Qış parkının yaxınlığında binanın üzlənməsində işləyən fəhlə öz ölümü ilə oyun oynayır. Ayaqları yalın, heç bir təhlükəsizlik qaydalarına əməl etmədən işləyən fəhlə hər an yıxılaraq həyatını itirəcəyini anlamır. Görünür, onu işlədən şəxslərin də insan həyatı vecinə deyil.
Təhlükəli vəziyyətdə işləyən fəhləni görən insanlar Fövqəladə Hallar Nazirlyinin 112 xidmətinə zəng edərək təhlükəli vəziyyət barədə məlumat veriblər, lakin aldıqları cavab da insana olan qiymətsizliyi bir daha göstərib. Operator bildirib ki, buna birbaşa cavabdeh işi həyata keçirən şirkət və onu rəhbərliyidir.