Oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək.
“Qarabağ” öz meydanında Hollandiyanın “Tvente” klubunu qəbul edəcək.
Xatırladaq ki, komandalar arasında cavab matçı bir həftə sonra Hollandiyada keçiriləcək.
21 avqust
21:00. “Qarabağ” (Azərbaycan) – “Tvente” (Hollandiya)
Hakimlər: Manuel Qrafe, Holger Henşel, Kristian Gittelmann, Quido Vinkmann (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Oxu.az