Ukrayna prezidentliyinə namizəd Yuliya Timoşenkonun mayın 9-da veteranlara hücum çəkməklə bağlı göstəriş verdiyi qalmaqallı video yayılıb. “Axar.az” xəbər verir ki, o, bu ssenarini odessalı məmurlarla birlikdə cızıb.
Videodan da göründüyü kimi, prezidentliyə namizəd bununla da Odessanı ayağa qaldırmaq məqsədi güdür. Xatırladaq ki, məlum Odessa hadisələrindən sonra Timoşenko dinc əhaliyə qarşı müəkəmməl hazırlanmış təxribatçıların təzyiqlər göstərdiyini dilə gətirmişdi. Səslənən son təhlillərdə nəyin bahasına olursa-olsun, Timoşenkonun seçkiləri təxirə salmaq istədiyi gündəmi zəbt etməkdədir. O, ilkin sorğularda irəlidə yer alan Pyotr Poroşenkoya məğlub olmaqdan ehtiyat edir.