Suriyada müxaliflərin ABŞ istehsalı olan raketlərə sahib olduğu üzə çıxıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “HAZM” hərəkatı hökümət qüvvələrinə qarşı “TOW” raketlərindən istifadə edir. Youtube-a yerləşdirilən videolardan da bunu izləmək mümkündür.
Həmin sistemlərin müxaliflərin əlinə necə keçdiyi sual altındadır. ABŞ həmin raketləri 40-ya yaxın ölkəyə satıb. Amma üçüncü ölkəyə satışına izn verməyib. Səudiyyə Ərəbistanının bu silahları izn olmadan müxaliflərə verdiyi ehtimal olunur.
Topdan atılan “TOW” raketləri tank qaitili olaraq tanınır.