Prezident İlham Əliyev Əli Məmməd oğlu Abbasovun rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, Ə. Abbasov bundan öncə rabitə və informasiya texnologiyaları naziri vəzifəsində çalışırdı.
Dövlət başçısının daha bir sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Lent.az-ın məlumatına görə, Nazirlər Kabineti sərəncamla yaradılmış Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında əsasnamənin layihəsini, onun strukturu və işçilərinin say tərkibi barədə təkliflərini bir ay müddətində hazırlayıb ölkə prezidentinə təqdim etməlidir.