İnterpress.az xəbər verir ki, Xocalı soyqırımının ildönümü ilə bağlı Ankara Qazi Universitetində keçirilən tədbirdə gözlənilməz hadisə baş verib. Giresun Universitetinin rektoru Aygün Əttarın təşkil etdiyi konfransda millət vəkili Qənirə Paşayeva sərt münasibətlə qarşılaşıb. Belə ki, Qənirə Paşayevanın çıxışı zamanı konfransda iştirak edən müəllim və tələbə kollektivi ona etiraz edib.
Millət vəkili Qənirə Paşayeva isə baş verən xoşagəlməz hadisənin onun çıxışı və ya Xocalı ilə bağlı olmadığını, universitetdaxili problemlə əlaqədar tələbələrin arasında qalmaqal düşdüyünü deyib.
Qeyd edək ki, Ankara Qazi Universitetinin tələbə və müəllim kollektivi daha çox millətçi düşüncəyə sahib olan təbəqəyə aiddir. Baş verənlərin Xocalı soyqırımı ilə bağlı olduğu bu baxımdan inandırıcı deyil. Qalmaqalın səbəbi hələ də müəmmalı olaraq qalır.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.