London sel daşqınlarının girdabına çevrilib.
Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, son günlərdə yağan güclü yağış və leysan Londondan keçən Temza çayı məcrasından çıxaraq şəhəri su basıb. Çayın daşması nəticəsində 10 minə yaxın evi suyun altında qalıb. Nəqliyyatın infrastrukturu pozulub, elektrik enerjisinin verilişində ciddi problemlər yaranıb, 100 minə yaxın ev işıqsız qalıb. Təbii fəlakətin vurduğu ziyan 4,8 milyon dollar həcmində dəyərləndirilir.
Temzanın bir çox hissəsində çayın səviyyəsi son 60 ildə ən rekord həddə çatıb.
Metereoloqlar yaxın günlərdə də güclü küləkli yağıntılı hava şəraitinin davam edəcəyindən daşqınalrın olacağını bildirir. Bunu nəzərə alan hakimiyyət İngiltərənin qərbində və Uelsdə əhaliyə xəbərdarlıq edib və bu xəbərdaqlığın “qırmızı” səviyyədədir..