Pirallahı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, 27 yaşlı Murad Hüseynov şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman odlu silah aşkar olunub.
Saxlanılan Murad Hüseynov bildirib ki, üzərində aşkar olunan tapança 2010-cu ildən ondadır. Həmin silahı tanışından aldığını deyən Murad Hüseynov hər hansı cinayət törətmək məqsədi olmadığını deyib.
Qeyd edək ki, Murad Hüseynov əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 4 dəfə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Pirallahı rayon Polis Şöbəsində araşdırma aparılır.