abidin

Paytaxtın daha bir rayonunda icra başçısının qadın müavini təyin edilib. Budəfəki təyinat Nərimanov rayonu İcra Hakimiyyətində gerşəkləşib. İcra başçısı Abdin Fərzəliyevin müvafiq əmri ilə İradə Arif qızı Mahmudova müavin təyin edilib.

İradə Mahmudova təyinatı ilə bağlı təəssüratlarını Modern.az saytı ilə bölüşüb:

“Fevralın 10-dan etibarən bu vəzifəni icra edirəm. Bu vəzifəyə qədər Nərimanov rayonu İcra Hakimiyyətində humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsində çalışırdım. Yeni vəzifəyə təyin olunmağım mənim üçün gözlənilməz oldu. İlk növbədə dövlətimizin başçısına bizə etimad göstərdiyinə görə öz minnətdarlığımı bildirirəm”.

Bununla da Bakıda müavinlərindən biri qadın olan İcra Hakimiyyətlərinin sayı 10-a çatıb.

Binəqədi
 rayon İcra Hakimiyyətində Aygün Əliyeva, Nəsimi rayon İcra Hakimiyyətində Gülarə Verdiyeva, Xətai rayon İcra Hakimiyyətində Jalə Abdıyeva, Yasamal rayon İcra Hakimiyyətində Sevil Əliyeva, Nizami rayon İcra Hakimiyyətində Gülnaz İsrafilova, Sabunçu Rayon İcra Hakimiyyətində Arzu Məmmədova, Xəzər rayon İcra Hakimiyyətində Lalə Əhmədova, Səbail rayon İcra Hakimiyyətində Xalidə Bayramova, Suraxanı rayonu İcra Hakimiyyətində Sevinc Hüseynova icra başçılarının xanım müavinlərdir.

Bakıdakı 12 rayondan yalnız 2-də – Qaradağ və Pirallahıda icra başçılarının qadın müavini hələ təyin olunmayıb.