Apple korporasiyası iPhone 5s smartfonunun yeni reklam videosunu yayıb.
Milli.Az Gizmodo-ya istinadən bildirir ki, 30 saniyəlik videoreklam iPhone 5s smartfonlarından Burberry Fashion Show moda şousunun çəkilişlərində əsas vasitə kimi istifadə olunmasından bəhs edir.
Brendin bahar-yay kolleksiyasının nümayiş etdirildiyi şou 14 iPhone 5s smartfonu ilə çəkilib.