Parapsixoloq Nadim həyacan təbili çaldı
Rusiyalı model Olqa azərbaycanlı müğənni Elvin Abbasov tərəfindən qaçırılıb. Parapsixoloq Nadim Alixanov ANS PRESS-açıqlamasında, Moskvadan yanına gələn pasienti 18 yaşlı model Olqanın gənc müğənni Elvin Abbasov tərəfindən zorla qaçıldığını bildirdi.
Parapsixoloqun onun vasitəsilə tanış olan gənclərin sonradan dostlaşdığını deyir: “Elvin qızın səmimiyyətindən istifadə edərək, sonda öz niyyətini həyata keçirməyi bacarıb.”
Nadim bu xəbəri Olqanın valideynlərinə çatdıranda onlar şok keçiriblər. Xəbəri eşidən qızın ata-anası təcili şəkildə Bakıya gəlməyə qərar veriblər. Onlar bu gün günorta saatlarında təyyarə ilə Bakıya gələcəklər.
Bu məsələ ilə ciddi məşğul olacağını deyən Nadim Alixanov sona qədər gedəcəyini və Elvin Abbasovun cəzalandırılmasına nail olacağını bildirdi.
Nəzərinizə çatdıraq ki, Nadim qızın valideynləri ilə birlikdə bu gün ANS TV-nin “Adam içində” proqramına gələcək. Olqa və Elvin Abbasovun proqrama qatılacağı sual altındadır.
http://s017.radikal.ru/i422/1402/01/14110c62833d.jpg
http://s006.radikal.ru/i215/1402/ac/4783f49994c1.jpg
http://s019.radikal.ru/i644/1402/cb/d807b90545f6.jpg
http://i065.radikal.ru/1402/b1/545b67057e23.jpg
http://s52.radikal.ru/i137/1402/05/9df7e38e8f53.jpg