Natiq ritm qrupu fərqli konsert proqramı hazırlayıb. “Eşq Karvanı” adlı proqramın əsas məqsədi Məhərəm ayında insanların məscidlərdə zəncirvurma ilə deyil musiqi ilə dininə hörmətlə yanaşması olub.
Qrupun rəhbəri Natiq Şirinovun sözlərinə görə, konsert proqramında əsas məqsəd insanların dinininə hörmətlə yanaşmasıdır.
“Dinindən asılı olmayaraq əsas odur ki, insanlar bir-birinin dininə və şəhidlərinə hörmət etsin. Bu da mənim daxilimdən və ruhumdan irəli gələn bir istək olub”.
Konsert 1 saat davam edib və səsləndirilən dini musiqilər və oxunan mahnılar qonaqların da böyük marağına səbəb olub.
http://youtu.be/0ib-3mXkWyc