Paytaxtın 20 Yanvar dairəsində dəhşətli qəza baş verib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda yük avtomobili ilə minik avtomobili toqquşub.
Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər hadisə yerində əməliyat şəraitini qiymətləndirərkən məlum olub ki, “DAEWOO” markalı minik avtomobilinin sürücüsü və 3 nəfər sərnişini həlak olub, qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılmış halda qalıblar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 00:35-də başa çatıb.