Yeni il ərəfələrində Dənizkənarı Milli Parkda quraşdırılacaq “yolka” sayı artırılacaq. Dənizkənarı Bulvar İdarəsinin rəisi müavini Nazim Məcidovun ANS PRESS-ə verdiyi məlumata görə, Milli Park ərazisində 12 “yolka” bəzədiləcək. 

Nazim Məcidovun sözlərinə görə, dekabrın 15-dən etibarən “yolka” ağaclarının bəzədilməsinə başlanacaq. Nazim Məcidov Qafqazın ən uzun “yolkası”nın Milli Parkda quraşdırılacağını da istisna etməyib: “Ola bilər Milli Parkda ən yüksək şam ağacı da bəzədilsin”.

Bulvar idarəsinin rəsmisinin sözlərinə görə, yeni il ərərəfəsində Dənizkənarı Milli Park işçilərinin gücləndirilmiş iş rejimində işləyəcəklərini də söyləyib. Onun sözlərinə görə, yeni il ərəfəsində bulvara gələn şəhər sakinlərini bəzəkli şam ağaclarının ətrafında gözləyən şaxta baba və qar qız qarşılayacaq.

Nazim Məcidov bayram ərəfəsində Milli Parkda quraşdırılan monitorlarda Yeni İl ilə əlaqəli videoların nümayiş etdiriləcəyini də söyləyib.

Bayram ərəfəsində quraşdırılması başa çatan Avropanın ən hündür “Şeytan Çarxı” da bu müddət ərzində bulvara üz tutan şəhər sakinlərinin təəccübünə səbəb olacaq. N. Məcidov “Şeytan Çarxı”-nın quraşdırılması işlərinin yeni ilə kimi yekunlaşacağını da qeyd edib. 

Nazim Məcidov yeni ilə az bir müddət qalmış Bulvar ərazisində açıq havada əhali üçün pulsuz idman alətlərindən ibarət meydançanın istifadəyə veriləcəyini də bildirib.

Onun sözlərinə görə, Milli Parkın “Yeni Bulvar” adlanan hissəsində quraşdırlacaq idman meydançası açıq ərazidə olacaq və insanlar oradan pulsuz istifadə edə biləcəklər.