Latviyanın paytaxtı Riqa şəhərindəki “Maxima” ticarət mərkəzinin dam örtüyünün uçması nəticəsində ölənlərin sayı 18-ə çatıb.
APA-nın xəbərinə görə, Latviya Daxili İşlər Nazirliyi ölənlər arasında 3 xilasedicinin də olduğunu açıqlayıb. Xəsarət alan 36 nəfər, o cümlədən 7 xilasedici xəstəxanalara çatdırılıb. Dağıntılar altında 50-yə yaxın adamın qala biləcəyi təxmin edilir. Hadisə yerində 2000-ə yaxın xilasedici və 200 polis əməkdaşı çalışır.
Qeyd edək ki, olay noyabrın 21-də yerli vaxtla saat 18.00 radələrində baş verib. Əvvəlcə binanın dam örtüyü və divarlardan biri uçub. Hadisə yerinə xilasedicilər gəldikdən sonra ikinci divar uçub.
http://youtu.be/CQfdfjsoJtQ