Bakının mərkəzi yollarının birində minik avtomobilinin sürətlə idarə olunması faciə ilə nəticələnib.
medianews.az “Trend”-ə istinadən xəbər verirki minik avtomobili idarəetməni itirib, nəticədə maneəyə çırpılaraq havada bir neçə dəfə fırlanaraq aşıb.
Videodan göründüyü kimi, qəzaya səbəb avtomobilin sürətlə idarə edilməsi olub.
Sayt bu tipli və digər qəzaların videogörüntülərini təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırır.
Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində Bakı şəhəri ərazisində 755 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalar zamanı 258 nəfər ölüb, 777 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
http://youtu.be/i0b2MywVdLg