Cümə, 1 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Milli Şuranın daha bir vahid namizədi – MÜRACİƏT

Royal Mustafa
07/08/2013 11:57
A A
0
BAXIŞ
FacebookTwitterTelegram

 

Fizika-riyaziyyat elmləri doktoru Qüdrət İsaqov Milli Şuranın vahid namizədi olmaq üçün müraciət edib. 

“MILLI ŞURA ÜZVLƏRINƏ!

Hörmətli cənablar! 

Prezident seçkilərinə 2 ay qalıb!

Prezident seçkilərinə hazırlıq mərhələsi olan son 2-3 ayda sizi izləyən siyasiləşmiş elektorat və sadə insanlar Milli Şuranın işlərindən heç nə başa düşməyiblər. 

Taleyinizi İbrahimbəyovun Rusiya pasportunun taleyinə bağlamısınız!

Vahid namizədiniz Rüstəm İbrahimbəyov isə yalnız son ayda bildi ki, demə o Rusiya vətəndaşı imiş. Bu ğun, yəni seçki prosesinə 2-3 gün qalmış Azərbaycan Respublikası prezidentliyinə vahid namizədiniz Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığı pasportundan xilas olmaq üçün lazım olan prosedurları yerinə yetirməkdən ötəri Moskva şəhərində onlarla idarələrin qapısında növbəyə yazılıb. 

Rüstəm İbrahimbəyovun pasportunun taleyini həll etmək üçün sizi Rusiya Prezidenti Vladimir Putinə xahişnamə yazmağa təhrik edirlər. 

Belə bir vəziyyətdə siz özünüzun gördüyünuz işləri necə qiymətləndirirsiniz? 

“Milli Şura” ssenarisindən xalqın xəbəri yoxdur

Siz özünüz yazmadığınız və çoxlarının da başa düşmədiyi ssenarinin passiv iştirakçılarısınız. Rüstəm İbrahimbəyov isə deyir ki, bugünkü ssenarini xalq yazır. Xalq heç zaman ssenari yazmayıb. Şifahi xalq ədəbiyyatını da xalq yaratmayıb. Şifahi xalq ədəbiyyatını adı sonrakı nəsillərə məlum olmayan müəlliflər yaradıblar. “Milli Şura” ssenarisini də xalq yaratmayıb. “Milli Şura” ssenarisi Rüstəm İbrahimbəyova da məxsus deyil. Xalqın “Milli Şura” ssenarisindən xəbəri yoxdur!

“Milli Şura” ssenarisini İbrahimbəyovdan mahir ssenarist yazıb

Rüstəm İbrahimbəyov kəskin hərəkətlərdən çəkinərək ehtiraslarını cilovlayarsa, “Milli Şura” ssenarisinə görə o Azərbaycanda və Rusiyada kino sənətinin inkişafına böyük töhfələr verə bilər. Buna görə Rüstəm İbrahimbəyova maksimum şərait yaradılması ehtimalı da var. 

“Milli Şura” ssenarisinə görə İsa Qəmbər və Əli Kərimli prezident seçkisindən sonra istefaya gedəcəklər. Bu proses təbii şəkildə baş verəcək.  

Milli Şuranın bəzi üzvləri ana müxalifət statusu qazanacaqlar. 

Bu ssenari hələ ekranlaşdırılmadığından 100%-lik deyil və bu ssenarinin nəticələri hələ ki, ehtimal nəzəriyyəsinin qanunlarına tabedir. Ssenarinin ekranlaşdırılması zamanı müxtəlif neqativ hallar yaranmaqla, proqnozlaşdırılmayan hadisələr də baş verə bilər. 

“Milli Şura” ssenarisində mənim indi sadaladqlarım daha ehtimallıdı. 

Xarici ölkələr və onların müşahidəçiləri İlham Əliyevi dəstəkləyəcəklər

Azərbaycan dünyanın zənğin neft və qaz ölkələrindən biridir. BP-nin statistikasına görə Azərbaycanın məlum neft ehtiyatları 2030-cu ilə qədər, məlum qaz ehtiyatları isə 100 il müddətində tükənməyəcək. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdəndir. Azərbaycanın neft strategiyası balanslaşdırılmış siyasət prinsipləri üzərində qurulub. Mütəllibov və Elçibəy neft strategiyasının qurbanı oldular. Heydər Əliyev başa düşdü ki, yeraltı sərvətlər müvəqqətidir və onlar bütün bəşəriyyətə məxsusdu. Əgər bütün dünyada neft ehtiyatları tükənərsə, təkcə azərbaycanda neft ehtiyatlarının qalması Azərbaycanın özü üçün bir təhlükə mənbəyidir. O zaman Heydər Əliyev böyük sürətlə neft konsorsiumu yaratdı, dünyanın böyük ölkələri ilə müqavilələr imzaladı. Neft konsorsiumu və əsrin müqaviləsi Azərbaycan dövlətinin və

Heydər Əliyev hakimiyyətinin qoruyucu sipərinə çevrildi. 

Xarici ölkələr və onların müşahidəçiləri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanda siyasi və iqtisadi kataklizmlərin olmasında maraqlı deyillər. Onlar İlham Əliyevi dəstəkləyəcəklər. 

2000 nəfərlik komandos və Tbilisi səyahəti nağılları gülüş yaradır

Rüstəm İbrahimbəyovun Bakıya gələcəyi təqdirdə əvvəlcədən hazırlanmış 2000 nəfərlik komandos tərəfindən tutulacağı son onilliyin ən gülməli nağıllarından biridir. Əgər Rüstəm İbrahimbəyov həqiqətən də “cinayətkar” olsaydı, hökumətə təhlükə yaratsaydı, onu seçkidən 4-5 ay əvvəl həbs edərdilər. 2000 nəfərlik komandos nağılını uyduranlara isə deyirəım ki, Rüstəm İbrahimbəyov Rembo deyil ki, onu həbs etmək üçün 2000 nəfərlik komandos yaratsınlar. Bu işi 1 və ya 2 polis nəfəri də edə bilər. 2 minlik komandos nağılından doğan Tbilisi səyahəti ilə Milli Şura özünü gözdən saldı. Tbilisidə siz kimdən imdad umurdunuz. Hakimiyyətdən yıxılan və sonradan da sizi Rusiya projesi adlandıran Saakaşvilidənmi, yoxsa özünün 6 milyard dollarından Gürcüstan iqtisadiyyatına bir manat investisiya qoymayan İvanişvilidənmi? 

və ABŞ Konqresində görüşlər

ABŞ Konqresinin qapıları istənilən insanın üzünə açıqdır və istənilən insan Konqres üzvləri ilə görüşə bilir. Bu görüşlər üçün Rüstəm İbrahimbəyov olamq lazım deyil. Azərbaycandan və Şərq ölkələrindən fərqli olaraq ABŞ Konqresmenləri üçün məşhur rejissorla və yaxud adi bir insanla görüşməyin əhəmiyyəti yoxdur. ABŞ Konqresmenləri içərisində də, digər Avropa ölkələrində də pula işləyən konkret lobbilər var. Yəni Azərbaycan hökuməti ilə müqayisədə qəpik-quruş sahiblərinin konqresmenlərlə görüşləri həmən konqresmenlərin gələcəkdə lobbiçiliklə müəyyən pul əldə etməsinə xidmətdən başqa bir şey deyil. 

Xarici QHT-lərlə görüşlər də Azərbaycanda hakimiyyətin taleyinin həllində heç bir rol oynamağa qadir deyil. Bu baxımdan Rüstəm İbrahimbəyovun bütün zamanını Azərbaycandan kənarda keçirməsi prezident seçkiləri dövrü üçün anlaşılmaz bir işdi.

İlham Əliyevdən qeyri-namizədin qələbəsi mümkün deyil

Azərbaycanda bütün vəzifə sahibləri və iş adamları vaxtilə Mərkəzi Komitənin birinci katibi, sonra SSRİ Siyasi Bürosunun üzvü, daha sonra Azərbaycanın prezidenti olan Heydər Əliyevin kadrlarıdılar. Ayaz Mütəllibov özü də bütün yüksəlişləriinə görə Heydər Əliyevə borcludu. Prezident Heydər Əliyev Elçibəyin həbsdən azad olunmasina da yardım edib. Rüstəm İbrahimbəyov və onun qohumları, SSRİ məkanında yüksələn bütün Azərbaycanlı sənət adamları, yaşlı yüksək titullu alimlərin hamısı Heydər Əliyevə borcludular. Rüstəm İbrahimbəyov özü dediyi kimi Araz Agalarovun yaxın qohumudu. Bütün iri biznesmenlər indiki hakimiyyətə bağlıdılar. Bunlar İlham Əliyevin qələbəsini təmin etməkdə müstəsna rol oynayacaqlar. 

Azərbaycan xalqı vətəndaş müharibəsinə gedən deyil. 

Bütün bunlar İlham Əliyevdən qeyri namizədin qələbəsini mümkünsüz edir.  

Rusiya İlham Əliyevi dəstəkləyəcək

Post sovet məkanı ölkələri içərəsində Azərbaycan Rusiyanın, Rusiya isə Azərbaycanın güclü iqtisadi və siyasi strateji tərəfdaşıdı. Azərbaycan yeraltı və yerüstü sərvətlərlə zəngin olan Rusiyanın daimi iqtisadi və siyasi strateji tərəfdaşı olmağa məhkumdu. 

Kiminsə çəkməsinin altında qalmamaq üçün Azərbaycan Rusiya, ABŞ, Avropa ölkələri, İslam Konfransı ölkələri ilə balanslaşdırılmış xarici siyasət kursu yürüdür. 

Rusiya Azərbaycanı itirməmək naminə İlham Əliyevi dəstəkləyəcək. Rusiya praqmatik siyasətə üstünlük verdiyindən kinossenerist Rüstəm İbrahimbəyovu və digər namizədləri yox, real namizəd olan İlham Əliyevi dəstəkləyəcək! 

İlham Əliyev mütləq qələbə çalacaqsa da, seckidə iştirak etmək mütləq lazımdı

Azərbaycanda siyasi partiyaların mövcudluğu, QHT-lər, çoxsaylı qəzetlər, təşəbbüskar insanların varlığı Sovet dövrü ilə müqayisədə böyük xoşbəxtlikdi. Bunlar olmasa dünyadakı bütan hakimiyyətlərin özbaşınalıqlarının həddi-hüdudu olmaz. Cəmiyyətimizdə mövcud olan tamamilə hakimiyyət tərəfdarı olan partiyalar da, iqtidar yönlü müxalifət də, istsə də, istəməsə də son nəticədə cəmiyyətimizin inkişafına xidmət edir. Partiyaların və ölkə vətəndaşlarının vəzifəsi seçkilərdə iştirak etməkdi. Seçkilər partiyaların varlığını göstərən yeganə dövrdü. Partiyalar seçkilərlə yaşamalıdılar. Seçkilər dövründə cəmiyyətimizə yeni ideyalar deyilməlidi. Seçkilər cəmiyyətimizi inkişaf etdirməlidi. 

Qələbə İlahm Əliyevə məxsus olsa da, seçkilərdə iştirak etmək mütləq lazımdı.

Milli Şuranın vahid namizədi olmağa hazıram!

Heç bir siyasi partiyanın üzvü düyiləm, ikili vətəndaşlığım yoxdu, heç bir ölkə qarşısında öhdəliyim yoxdu, Azərbaycan elminin inkişafı naminə mətbuatda parlaq çıxışlar edən yeganə alimlərdən biriyəm, siyasi təcrübəm kifayət dərəcədədi. İqtisadiyyatı yaxşı başa düşürəm, iqtisadiyyata dair yüzlərlə məqalələrin müəllifiyəm. 

Rüstəm İbrahimbəyova məşhur bir kinossenarist kimi dərin hörmətim var. Mənim, yaxud Rüstəm İbrahimbəyovun və ya digərlərinin namizəd olmasından asılı olamayaraq İlham Əliyevin qələbə çalacağını da dəqiq bilirəm. Yuxarıda göstərdiyim səbəblər üzündən prezident seckisində namizəd kimi iştirak etmək istəyirəm. Milli Şurada olan partiya rəhbərlərinə, Milli Şura üzvlərinə bildirirəm ki, Milli Şuranın vahid namizədi olmağa hazıram! 

Mən Milli Şuranın prezidentliyə vahid namizədi olsam Şuraya daxil olan partiyaların gələcəkdə ölkənin həyatında daha yaxından iştirakı üçün elmi və iqtisadi proqramlar irəli sürəcəm;

Azərbaycanda elmə əsaslanan iqtisadiyyatın yaranması vacibliyinin hakimiyyətin prioritetlərinə daxil olmasına çalışacağam;

Azərbaycan elminin dünya standartları səviyyəsinə qaldırılması istiqamətində təbliğatlar aparacağam; 

Mən fizik olduğumdan deyə bilərəm ki, fizika elmi texnika və texnologioyanın yaranmasında, iqtisadiyyatın elmi əsaslarla qurulmasında aparıcı rola malikdi. 

Milli Şuranın vahid namizədi olsam Azərbaycan kinosunun da inkişaf etməsinə calışacam”.

Hormətlə, 

Qüdrət İsaqov

Fizika-riyaziyyat elmləri doktoru, 

Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) akademiki,

ATEA-nın Fəxri Rentgen medalı laureatı, 

Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı baş redaktorunun müavini

DAHA ÇOX OXU

1-MANŞET

Putindən gözlənilməz AÇIQLAMA: “Dialoqa hazırıq”

30/06/2022
export

Pakistan Senatının sədrindən Azərbaycanla bağlı mühüm AÇIQLAMA

30/06/2022
1-MANŞET

Prezident: “Azərbaycan “Bandunq prinsipləri”ni tam bölüşür”

30/06/2022
Siyasət

Putin: “Rusiyanın baş naziri və Dövlət Duması sədrinin Azərbaycana səfəri hazırlanır”

30/06/2022
export

Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb

30/06/2022
1-MANŞET

Putinin yaxın adamlarına da sanksiya tətbiq edildi

30/06/2022
SON XƏBƏR

Dünyanın ən gözəl qadınlarının və varlı kişilərinin şəhəri -FOTOLAR

Ebru Polad: “Sevgilim Azərbaycanın nüfuzlu ailələrindən birinin oğludur”- FOTOLAR

Təklif var: Azərbaycan Avropa qitəsinə aid edilsin

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

Suriyalı deputat: “Qoşulmama Hərəkatında Azərbaycanın liderliyini gördük”

2022/06/30 19:56

Türkiyə Prezidenti: “Hava sərhədimizi pozan Yunanıstan cavab verməlidir”

2022/06/30 18:55

73 illik həsrət

2022/06/30 18:47

Meşədə ağaca bağlı çılpaq halada tapdılar – Məşhur kino ulduzunun şübhəli ölümü

2022/06/30 17:35

Məşhur proqramı ilə tanınan 24 yaşlı gənc evində ölü tapıldı – FOTO

2022/06/30 17:24

Türkiyə polisinin keçirdiyi “Dəmir Yumruq” əməliyyatında ələ keçirilənlər hər kəsi ŞOKA SALDI

2022/06/30 17:13

“Bəziləri qeyd edirlər ki, sürücü özünü müdafiə edib, lakin belə deyil…”-Hüquqşünasdan açıqlama

2022/06/30 17:10

Bakıda əri ilə əlbir olub ögey anasını baltaladı və gölməçəyə atdı – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

2022/06/30 17:00

“Milyonların qüruruna görə buradayam”- Zaurun efirdən qovduğu müğənni danışdı

2022/06/30 16:51

Flora Kərimova Afət Fərmanqızıdan təzminat tələb edir

2022/06/30 16:48

Putindən gözlənilməz AÇIQLAMA: “Dialoqa hazırıq”

2022/06/30 16:41

Sürücülərin NƏZƏRİNƏ: Beş min manatadək cərimə oluna bilərsiniz

2022/06/30 16:39

Evlərə oğurluğa girməkdə şübhəli bilinən şəxs saxlanılıb: Oğlan xanım “həmkar”ını yarı yolda qoydu – VİDEO

2022/06/30 16:30

Bakıda çıxış edən Hande Yener səhnə geyimi ilə diqqət çəkdi – FOTO/VİDEO

2022/06/30 16:21

Pakistan Senatının sədrindən Azərbaycanla bağlı mühüm AÇIQLAMA

2022/06/30 16:12

Azərbaycanlı aktrisanın 6 000 AZN-lik geyimi – FOTO

2022/06/30 16:00

Qadını təpiklə vuran sürücü saxlanılıb? – Rəsmi açıqlama

2022/06/30 15:51

Hərbi hissədə ölən Fazil evin tək oğlu imiş… – FOTO

2022/06/30 15:42

Sumqayıt avtobusunda porno qalmaqalı – VİDEO

2022/06/30 15:33

“İrad bildirənlərin böyük əksəriyyətinin layihəsi doğrudan da bərbad gündədir” – PA-nın sektor müdiri

2022/06/30 15:31

Azərbaycanda hamilə qadın təcili yardım maşınında ÖLDÜ

2022/06/30 15:24

Balaxanı yolunda 3 maşın toqquşdu – VİDEO

2022/06/30 15:16

Məleykə Əsədovanın QIZININ MƏZUN GÜNÜNDƏN GÖRÜNTÜLƏR – FOTO

2022/06/30 15:05

“Axşam ikisi bir yerdə çıxacaq efirə ki, bu bir zarafat idi”-Prodüserdən sərt sözlər

2022/06/30 15:04

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.