Qurumun təsisçiləri ilə ayrı-ayrılıqda aparılan danışıqlar nəticəsiz qalıb
Azərbaycan hakimiyyəti Rusiya Azərbaycan Təşkilatları Ittifaqını (RATI) dağıtmaq üçün səylərini davam etdirir. “Azadlıq”a daxil olan məlumatlara görə, RATI-nin təsisçiləri olan nüfuzlu azərbaycanlılarla ayrı-ayrılıqda söhbətlər aparılır. Bu işə nə müxtəlif adamlar cəlb edilib.
Bu söhbətlərdə onlardan RATI-nin əleyhinə bəyanat səsləndirmək xahiş olunur. Lakin hakimiyyətin cəhdlərinə baxmayaraq məqsədinə nail ola bilmir. Bunun kökündə isə RATI-nin təsisçiləri arasında təşkilat yaradılmamışdan əvvəl “kişi söhbəti” olmasıdır. Təsadüfi deyil ki, qurumun təsisçilərindən olan Söyün Sadıqov bildirmişdi ki, RATI-nin ayrı-ayrı üzvlərinə təzyiqlər nəinki onları qorxudub, təşkilatdan ayrı salı, əksinə daha da sıx birləşdirib. Bundan başqa RATI-nin əsas fiqurlarından olan tanınmış dramaturq Rüstəm
Ibrahimbəyov da “Azadlıq”a müsahibəsində bildirmişdi ki, təşkilat yaranmamışdan əvvəl təsisçilərlə söhbət olub. Bu söhbətdə hakimiyyət tərəfindən gözlənilən təzyiqlərdən sonrakı davranışlar müzakirə edilib. RATI-nin təsisçiləri isə istənilən halda geri çəkilməyəcəklərini bəyan ediblər və buna söz veriblər.
azadliq.info