Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan İspaniyanın paytaxtı Madriddə qaldığı oteldə “Atletiko” klubunun futbolçuları Arda Turan və Əmrə Bələzoğlu ilə görüşüb. Fanat.az xəbər verir ki, görüşməyə Arda Turanın saçları damğasını vurub.
Ərdoğan Ardanın saçlarının uzun olduğunu görüncə, ona “deyəsən, burada bərbər yoxdur” – deyə müraciət edib. Arda isə “buranın iqtisadiyyatı aşağı səviyyədə olduğundan saçlarımızı kəsdirə bilmirik” – deyə cavab verib.
Daha sonra Türkiyənin nazirindən müəyyən tövsiyələr alan Arda və Əmrə, Ərdoğanın nəvələri – Əhməd Akif və Ömər Tayyipə imzalı forma bağışlayıblar. Ərdoğan sonda Arda və Əmrəyə “əsla siyasətə qoşulmayın” – deyə bildirib.
fanat.az