Bakıda DƏHŞƏT - Ana və balanı beysbol dəyənəyi ilə döydülər

Bakının Nəsimi rayonunda xuliqanlıq zəminində döyülmə hadisəsi qeydə alınıb.

Medianews.az APA-ya istinadən xəbər verir ki, hadisə Mirəli Qaşqay küçəsində yerləşən mənzildə baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Şəfiqə Mollazadənin yaşadığı ünvana onun qaynı öz xanımı ilə qonaq gəlib.

Mənzildə onların arasında mübahisə yaranıb və qayın beysbol dəyənəyi ilə əvvəlcə Ş.Mollazadəni, daha sonra 2000-ci il təvəllüdlü Lamiyə Mollazadəni döyüb. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Hadisəni törədən şəxs saxlanılıb.

Загрузка...