Müğənni Nigar Camal plastik əməliyyatlar etdirən qızları ələ salıb.
BAKU.WS xəbər verir ki, sənətçi plastik əməliyyatla eybəcərləşən qızların videosunu paylaşaraq bu sözləri yazıb:
“Son zamanlar belələri bizdə də çoxalıb. Başa düşə bilmirəm, qızlar niyə özlərini bu hala qoyurlar? Bir-birinə bənzəyirlər. Ya ördəksifət, ya da transseksuala oxşayırlar. Bu qədər həddi aşmaq nəyə lazımdır?”
Nigarın bu sözləri izləyicilərin ürəyindən xəbər verib. İfaçının fikirləri ilə ortaq olan yüzlərlə şərh gəlib.