Tanınmış biznes ledi “Lamborghini”də qəzaya düşdü - VİDEO

Rusiyanın tanınmış biznes ledisi Marina Melexova qəzaya uğrayıb.

BAKU.WS REN TV-yə istinadən xəbər verir ki, avtomobil qəzası Rusiyanın paytaxtı Moskva şəhərində olub.

Belə ki, Marina Melexova olduğu “Lamborghini” markalı avtomobil ilə BMW markalı maşınla toqquşub.

Qəza nəticəsində xəsarət alan Marina Melexova və “Lamborghini”nin sürücüsü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Загрузка...