Kadrlar Bakı-Quba yolunda qeydə alınıb

Son zamanlar yollarımızda avtomobilin pəncərəsindən ayağını çıxaran sürücülərə rast gəlinir.

Həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan belələrinin görüntüləri əslində, ictimai qınaq naminə yayılır.

Ötən ay Mingəçevirdə bu hərəkətə yola verən sürücü həbs edilmişdi. Bu dəfə isə buna bənzər kadrlar Bakı-Quba yolunda qeydə alınıb.

Bakı-Quba yolunun şəhər istiqamətinə hərəkətdə olan 10-UD-391 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomaşının sərnişini ayağını nəqliyyat vasitəsinin pəncərəsindən çıxarıb. Bu az imiş kimi, sürücü də yolun sol tərəfini zəbt edərək digər sürücülərin gedişinə maneə yaradıb.

Baş verən hadisənin kadrlarını təqdim edir:

Avtosfer.az

Загрузка...