Repçi “Face Playboy”un mahnılarının müəllifi olan 18 yaşlı produsser və ifaçı “Hella Skeçi” ləqəbli Ceykob Tureson Texas xəstəxanasında dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, Ceykob evində huşsuz vəziyyətdə tapılıb və təcili şəkildə xəstəxanaya yerləşdirilib. O, xəstəxanada komaya düşüb və daha sonra vəfat edib.

İfaçının ölümünə səbəb kimi artıq dozada narkotik maddənin qəbulu göstərilir. Bu haqda gənc ifaçının atası Erik məlumat verib:

“Ceykob huşsuz vəziyyətdə tapılıb. O süni nəfəs aparatına qoşulu vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib və 14 gün müddətində komada qalıb. Həyatımda inanmazdım ki, hər şey bu cür sonluqla bitər. Tiryək epidemiyası hər kəsi ağuşuna ala bilər”.

Загрузка...