Əkrəm İmamoğlunun qələbəsi rəsmən tanındı – SON DƏQİQƏ

İstanbulda nəticələri mübahisələndirilən bələdiyyə seçkiləri ilə bağlı problem artıq həllini tapıb.

“Minval.İnfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Millət” İttifaqının namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının üzvü Əkrəm İmamoğlunun mandatı təsdiqlənib.

Belə ki, İmamoğlunun seçki qərəgahından verilən məlumata görə, o mandatını almaq üçün Ədliyyə Nazirliyinin yerli idarəsinə dəvət olunub. Açıqlamada qeyd olunur ki, səslərin sayılmasından sonra prtokollar tutuşdurularaq Ə.İmamoğluna bələdiyyə başqanı mandatının verilməsi qərara alınıb.

Hakim Ədalət və İnkişaf Partiyasının Maltəpədəki seçkilərinin nəticlərinin ləğv olunması ilə bağı iddiası isə Yüksək Seçki Kurulu tərəfindən rədd edilib.  İmamoğlu “16 milyon İsntabul sakininin mantadını almağa gedirəm” deyərək paylaşım da edib.

Загрузка...