Загрузка...

Sumqayıtda 40 yaşlı evli kişi küçədə küt alətlə ölümcül döyülüb.

Oxu.Az-ın xezerxeber.az-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin Yaşıldərə yaşayış massivində baş verib.

Küçə ilə gedən Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zərbəliyev Elşad Səlim oğlu adı hələlik istintaqa məlum olmayan şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər E. Zərbəliyevin əvvəlcə başına küt alətlə vurublar, sonra isə onu ölümcül döyərək qulağını kəsici alətlə kəsmək istəyiblər. Başından, qulağından və bədəninin müxtəlif nahiyələrindən xəsarət alan E. Zərbəliyev ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.