Загрузка...

Xalq artisti Aygün Kazımova Xəzər TV-də yayımlanan “5-də 5” verilişində maraqlı açıqlama verib.

BAKU.WS-in məlumatına görə, verilişin aparıcısı Zaur Kamal Aygün Kazımovaya “İntihara cəhd etmisiniz?” sualını ünvanlayıb.

Müğənni isə bu suala cavabında “əlbəttə” deyib və intihar etmək haqqında düşündüyünü etiraf edib:

“Bu yaxınlarda həmin intihar haqqında danışırdım. Allah məni qurtardı, sevənlərimə bağışladı. Səbəb xəyanət idi. Ona görə intihara heç dəyməzdi”.

BAKU.WS